“Son gülləyə qədər pulla almışıq, 1 manat güzəşt etməyiblər” - VİDEO
“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi.
Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər Xəbərlər
12 Oktyabr 2026 12:38
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:38
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:34


Bakı -°C

