ABŞ-a ilk cavab: “Bayraqdar” yerləşdirdik
Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları (PUA) yerləşdirib və adaya yeni silahların çatdırılmasını istisna etmir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti RəcəbTayib Ərdoğan deyib.
"Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları, o cümlədən zərbə PUA-ları yerləşdirib. Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm. Bu, bizim haqqımızdır. Biz Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) bütün istiqamətlərdən tam şəkildə təmin etməliyik”, - Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, bu, Türkiyənin ABŞ-ın Yunan Kiprə silah embarqosunu ləğv etmək qərarına ilk reaksiyası olub.
Ərdoğan Şimali Kiprin Kərpaz yarımadasında yeni türk hərbi bazasının yaradılması ehtimalına da münasibət bildirib. O, hərbi baza yaratmaq qərarından asılı olmayaraq, bu gün Türkiyədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin ən qısa zamanda adaya çata biləcəyinə diqqət çəkib.
“Bu məsələdə də heç bir problem yoxdur”, - prezident vurğulayıb.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26


Bakı -°C

