Serdar Ortaç vəsiyyətini AÇIQLADI
Türkiyəli müğənni Serdar Ortaç sağlığında vəsiyyətnaməsini hazırladığını və bütün əmlakının kimlərə qalacağını müəyyənləşdirdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, sənətçi ölümündən sonra əmlakının illər əvvəl vəfat edən qardaşının övladları arasında bölüşdürüləcəyini bildirib.
Kadir İnanırın sağlığında mirasını bölüşdürməsini nümunə göstərən Serdar Ortaç özünün də eyni addımı atdığını deyib. Müğənni uzun illərdir onunla çalışan şəxslərin də vəsiyyətnamədə yer aldığını qeyd edib.
Ortaç 2023-cü ildə də bu barədə danışaraq belə demişdi:
"Övladım yoxdur. Ona görə əmlakımı işçilərimə verəcəyəm. Onsuz da bir ev var. Onu da öz aralarında böləcəklər".
Vəsiyyət açıqlamasından sonra Serdar Ortaçın İstanbulun İstinye bölgəsində yerləşən Boğaz mənzərəli evi də yenidən gündəmə gəlib. Müğənninin 2016-cı ildə 15 milyon lirəyə aldığı evin dəyərinin hazırda təxminən beş dəfə artdığı bildirilir.
750 kvadratmetrlik ərazidə yerləşən ev 8 otaq, 4 salon və 4 hamamdan ibarətdir. Xüsusi dizayna malik evdə terraslar, balkonlar, kamera sistemi və yaşıllıq sahəsi də var. (lent.az)
Digər Xəbərlər
22 Sentyabr 2026 00:06
Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB
21 Sentyabr 2026 13:11
Aparıcı: “Neqativ insanlardan uzağam”
21 Sentyabr 2026 11:29
Supermodelin oğlu 27 yaşında öldü
21 Sentyabr 2026 07:20
Kadir İnanırın mirası açıqlandı
18 Sentyabr 2026 20:00
100 il əvvələ qayıdırıq
18 Sentyabr 2026 17:33
"Sənin kimi sənətçi ilə tanış olmaq mənə şərəfdir" - Alim Qasımovdan Üzeyir Mehdizadəyə
18 Sentyabr 2026 13:17
"And içmişəm, hamısının adını sadalayacağam"
18 Sentyabr 2026 10:36


Bakı -°C

