ABŞ- da iki hərbi helekopter toqquşub

New York Times qəzeti məlumat verir ki, ABŞ-ın Kentukki ştatında keçirilən hərbi təlimlər zamanı iki hərbi helekopter göydə toqquşub.
Məlumatda qeyd olunur ki, söhbət HH60 Black Hawk helekopterlərindən gedir və hazırda ekipajların taleyi ilə bağlı məlumat yoxdur. Kentukkinin qubernatoru Endi Beşir faktı təsdiq edərək bəyan edib ki, qəza nəticəsində həlak olanlar ola bilər. Qəza yerində xilasedici xidmət işləyir və qəzanın baş vermə səbəbləri barədə əlavə məlumatlatlar daha sonra veriləcək.
Rüstəm Hacıyev