Tramp tarixi görüşdə İstanbulda olmağı düşünür

ABŞ prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşündən danışıb.
Adalet.az xəbər verir ki, Tramp özünün də həmin görüşdə iştirak etmək üçün İstanbula getməyi düşündüyünü deyib.
"O an harada olacağımı bilmirəm. Yaxın Şərqdə bir yerdə olacağam, amma faydalı olacağını düşünsəm İstanbula uça bilərəm. Çoxlu görüşlərim var, amma həqiqətən, ora getməyi fikirləşirəm. Prezident Ərdoğan əla ev sahibliyi edəcək. Məncə, Putin və Zelenski də orada olacaq.
Prezident Ərdoğanla Suriya ilə bağlı bəzi məsələlər üzərində də işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməli olacağıq. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik", - deyə Tramp açıqlamalarında bildirib.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
