İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı

"Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir".
Adalet.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında deyib. O bildirib ki, bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.
"Azərbaycan Hökumət Komissiyasının qimətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlukəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub", - deyə S.Şərifov vurğulayıb.
Digər Xəbərlər

Azərbaycan və Dünya Bankı kredit müqaviləsi imzalayıb

Enerji sahəsində mühüm addımlar: Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı

Sosial müavinətlər və təqaüdlər ARTIRILDI
