adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2020 18:45
19739
DÜNYA

ABŞ-da polisin öldürdüyü afroamerikalı qadının ailəsinə 12 milyon dollar ödəniləcək

ABŞ-da mart ayında polis basqını zamanı öldürülən Breonna Teylorun ailəsi Luisvill şəhərinin hökumətindən 12 milyon dollar həcmində təzminat alacaq.

Bu barədə CBS telekanalı məlumat yayıb.

Sözügedən məbləğin bu cür ölüm halı ilə bağlı verilən ən böyük məbləğ olduğu bildirilir.

Xatırladaq ki, tibb işçisi olan B.Teylor evinə daxil olan polis əməkdaşlarının açdığı atəş nəticəsində səkkiz güllə yarası alaraq ölüb.