adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Aprel 2024 17:32
483
DÜNYA

Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...

Türkiyənin xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fidan Ər-Riyadda Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək.

Toplantıda həmçinin, Fələstin dövlətinin tanınması məsələsi də müzakirə olunacaq.

Hakan Fidanın səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər keçirəcəyini bildirilib.