adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 May 2024 11:54
700
DÜNYA

Şotlandiyanın yeni baş naziri seçildi

Şotlandiya Parlamentidə səsvermənin nəticələrinə görə, Şotlandiya Milli Partiyasının lideri Con Suinni Şotlandiyanın yeni baş naziri vəzifəsinə seçilib. Bu barədə Bi-Bi-Si yayım korparasiyası məlumat verib.

 Parlamentin 129 deputatından (onlardan 128-i səsvermə hüququna malikdir) 64-ü Suinnin namizədliyinin leyhinə səs veriblər. ŞMP-nın bütün deputatları ilə yanaşı "Alba" partiyasının bir üzvü də Syinninin leyhinə səs verib. "Yaşıllar"ı təmsil edən deputatlar səsvermədə iştirak etməsələr də, yerdə qalan namizədlərin hamısı Suinnidən az səs qazanıblar. 

 "Birinci nazir postunu qəbul etmək və bacardığım qədər Şotlandiyaya xidmət etmək mənim üçün şərəfdir"- deyə yeni baş nazir parlament üzvləri qarşısında etdiyi ilk çıxışında bəyan edib.

 Şotlandiyanın müstəqilliyinin tərəfdarı olan Suinni 16 il Şotlandiya hökumətində müxtəlif vəzifələrdə çalışıb. O, baxışlarında heç vaxt britaniyanın kral ailəsinə rəğbətini gizlətməyib və Şotlandiyanın Birləşmiş Krallığından çıxdıqdan sonra da, Britaniya monarxının yeni müstəqil dövlət üzərundə rolunu saxlamasının tərəfdarı olduğunu bəyan etmişdi. 

  Xatlrladırıq ki, 2024-cü ildə Şotlandiyanın müstəqilliyi ilə bağlı keçirilən referendumda vətəndaşların 55 faizi Böyük Britaniyanın tərkibində qalmağa səs vermişdilər. 
 
  Yeni seçilən baş nazir yenidən müstəqilliklə bağlı referendum keçirilməsinə çalışacaqmı?..

  Rüstəm Hacıyev