"Ən qısa zamanda xoş xəbər alacağıma ümid edirəm" - Ərdoğan
İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi".
Adalet.az xəbər verir ki, bunu rəsmi Teleqram kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
"Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim.
Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm", - deyə Ərdoğan qeyd edib.
Digər Xəbərlər
07 Yanvar 2026 09:53
İranda etirazçılar bu iki şəhəri ələ keçirdilər
06 Yanvar 2026 21:00
Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Yaşar Gülər
06 Yanvar 2026 20:50
Maduronun oğlu atasından danışıb ağladı - VİDEO
06 Yanvar 2026 20:32


Bakı -°C

