"Mançester Siti" İngiltərə çempionu oldu
İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Adalet.az xəbər verir ki, turun bütün oyunları eyni saatda başlayıb.
Çempionluq mübarizəsi aparan "Mançester Siti" doğma meydanda "Vest Hem"i qəbul edib. Görüş "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Arsenal"ın "Everton"a 2:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, "Mançester Siti" 91 xalla 2023-2024-cü illər mövsümünü çempion olaraq başa vurub. "Topçular" isə 89 xalla mövsümü ikinci pillədə bitirib.
Turun digər oyunlarında "Nyukasl" "Brentford"u 4:2, "Mançester Yunayted" "Brayton"u 2:0, "Nottingem Forest" "Börnli"ni 2:1, "Çelsi" "Bournmut"u 2:1, "Kristal Pelas" "Aston Villa"nı 5:0, "Liverpul" "Vulverhempton"u 2:0, "Fulhem" "Luton"u 4:2 və "Tottenhem" "Şeffild Yunayted"i 3:0 hesabı ilə məğlub edib.
Digər Xəbərlər
04 Noyabr 2025 09:13
"Liverpul" "Real"a, PSJ "Bavariya"ya qarşı
03 Noyabr 2025 20:45
"Beşiktaş"dan ayrılan futbolçu "Arsenal"ın məşqlərinə qatılır
03 Noyabr 2025 19:23
"Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
03 Noyabr 2025 16:02
"Qarabağ"ın rəqibində ciddi itki
03 Noyabr 2025 15:24
Azərbaycan çempionatında ayın ən gözəl 5 qolu - VİDEO
02 Noyabr 2025 10:47
Mbappe Anrini geridə qoydu
02 Noyabr 2025 09:46
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
02 Noyabr 2025 09:38


Bakı -°C

