adalet.az header logo
  • Bakı -°C
04 Iyul 2026 12:01
73
DÜNYA
A- A+

Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında öz imzasının yer aldığı yeni 100 dollarlıq əskinasın eskiz görüntüsünü yayımlayıb.

Adalet.az xəbər verir ki, paylaşılan fotoda Donald Trampın imzasının ABŞ-ın maliyyə naziri Skott Bessentin imzasının üzərində yerləşdiyi görünür. Bu paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, ABŞ administrasiyası ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə ilk dəfə prezidentin imzasının da əskinaslarda yer almasını nəzərdən keçirir. Bu barədə daha əvvəl maliyyə naziri Skott Bessent açıqlama vermişdi.

Qeyd olunur ki, indiyədək 100 dollarlıq əskinaslarda yalnız ABŞ Maliyyə Nazirinin və Xəzinədarın imzaları yer alırdı. Donald Trampın paylaşdığı eskiz reallaşacağı təqdirdə bu, ABŞ pul nişanlarının tarixində ilk belə dəyişiklik olacaq.

Xatırladaq ki, daha əvvəl Donald Trampın fotosunun əks olunduğu xüsusi 250 dollarlıq əskinasın buraxılması ideyası da gündəmə gəlmişdi. Lakin təşəbbüs ABŞ Konqresindən dəstək almadığı üçün həyata keçirilməmişdi.