adalet.az header logo
  • Bakı -°C
04 Iyul 2026 11:56
81
DÜNYA
A- A+

Ukrayna Peterburqdakı neft terminalını VURDU - YENİLƏNİB

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini təsdiqləyib.

Adalet.az xəbər verir ki, bu barədə qubernator öz teleqram kanalında yazıb.

"Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Sankt-Peterburq və Leninqrad vilayətinə PUA-ların hücumunu dəf edib. Zərbə şəhərin Kirov rayonundakı neft terminalının ərazisinə endirilib. Xəsarət alan yoxdur", - o qeyd edib.

A.Beqlov vurğulayıb ki, ümumilikdə HHM qüvvələri tərəfindən 72 PUA vurulub.

10:48

Sankt-Peterburq hökuməti Ukrayna tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən genişmiqyaslı hücum fonunda şəhər sakinlərini evdə qalmağa çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov öz teleqram kanalında yazıb

"Sankt-Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalır. Hava hücumundan müdafiə vasitələri işləyir. Operativ qərargahın tövsiyələrinə uyğun olaraq, sakinlərdən evlərində qalmağı, küçəyə çıxmamağı xahiş edirəm. Mobil internetin işində fasilələr yarana bilər", - o qeyd edib.