ABŞ-da "təbliğat maşınları" bütün gücləriylə fəaliyyətdədirlər" -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
258 | 2024-08-16 12:06

Birləşmiş Ştatlarda prezident seçkiləri yaxınlaşdıqca,  kütləvi informasiya vasitələri daha da "fəallaşırlar". Müxtəlif sorğulara "istinadən" bir gün Trampın liderliyini, o birisi gün Xarrosin liderliyini önə çıxarırlar.

 İndi dəThe Waşington Post qızetinin ssenarisinə görə, əgər seçkilər bu gün keçirilərsə, hazırki vitse-prezident, prezidentliyə namizəd Kamala Xarrusin  bu seçkilərdə qalib gələcəyini yazır.

 Qəzet keçirdiyi sorğuların nəticələrinə görə, belə qənaətə gəlib ki, guya Xarris hələ qəti qərar verə bilməyən ştatlarda nüfuzunu 2.1 faiz artırlb və hazırda liderlik edir.

  Digər mətbu orqan-Newsweek isə bildirir ki, keçirilən ümummilli sorğunun nəticələrinə görə, Tramp, hələ qəti qənaətə gəlməkdə çətinlik çəkən Corciya ştatında Xarrisi keçib.

 Görünən odur ki, seçki marafonu sürdükcə, KİV-lər at yarışlarında olduğu kimi, gah Trampı, gah da Xarrisi yürüşün liderliyinə çıxaracaqlar.  Digər müstəqil namizəd- ötən əsirin 60-cı illərində ABŞ prezidenti olan,  qətlə yetirilən babasının gül nəvəsi Robert Kennedini isə ümumiyyətlə yada salan yoxdur.

 Demokratiyanın "beşiyidi də" nə deyə bilərik??.. Əsas odur kişilər "demokratik fon" yaratmağı bacarırlar...

 

TƏQVİM / ARXİV