ABŞ-də təyyarə yaşayış olan əraziyə düşdü - Sakinlər təxliyə edildi
Kaliforniyanın San Dieqo şəhərində “Cessna” markalı təyyarə yaşayış massivinin ortasına düşüb.
Adalet.az xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.
“Biz Skulpin küçəsi və Santo yolu bölgəsində baş verən təyyarə qəzasına reaksiya veririk. Zəhmət olmasa, təcili yardım briqadalarının təhlükəsiz işləməsi üçün ərazidən uzaqlaşın”, - yerli polis idarəsi bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində 15 evə ziyan dəyib. Təyyarə qəzaya uğradıqdan sonra bir neçə avtomobil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb. Yerli sakinlər təxliyə edilib. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.
Digər Xəbərlər
10 Dekabr 2025 13:59
ABŞ-dən Türkiyənin "F-35" proqramına qayıtması ilə bağlı inadından dönmür
10 Dekabr 2025 13:06
"Bu, Ermənistan və Azərbaycan üçün birgə nailiyyətdir" - Paşinyan
10 Dekabr 2025 11:38
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin – FOTOLAR
10 Dekabr 2025 11:37


Bakı -°C

