ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA
ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı fikir bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı açıqlayıb.
"Biz Rusiya ordusunun Cənubi Qafqaz regionunda daha dinc və sabit vəziyyətə sərmayə qoyduğunu göstərən heç nə görmədik və bu payızda Qarabağda baş verən hadisələr buna sübutdur. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığına daha bir nümunədir.
Biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq üçün səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesə töhfə verməyə davam etməyə hazırıq", - Patel bildirib.
Digər Xəbərlər
30 Aprel 2024 19:19
Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
30 Aprel 2024 16:23Azərbaycanın iqtisadi, siyasi və mədəni missiyası
30 Aprel 2024 16:02Azərbaycan XİN-dən Fransanın daxili işlər nazirinə CAVAB
30 Aprel 2024 15:02Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
30 Aprel 2024 14:47