adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Iyun 2021 12:19
22852
DÜNYA

ABŞ əsgərlərinin 50 faizi Əfqanıstandan çıxıb

ABŞ prezidenti Co Bayden 1 may tarixindən etibarən ABŞ-ın Əfqanıstandan geri çəkilməyə başlayacağını dediyi gündən ABŞ ordusunun geri çəkilmə əməliyyatları davam edir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, Dəniz Piyadalarının generalı Kenneth McKenzie bu barədə açıqlama verib.

“Prezident Baydenin təlimatı ilə və müttəfiqimiz NATO-ya uyğun şəkildə ABŞ ordusunun Əfqanıstandan təhlükəsiz və təmkinli bir şəkildə geri çəkilməsini davam etdiririk. Bu geri çəkilmə müddətinin yarısını tamamladıq və sentyabr ayında tamamilə bitərəcəyimizə inanırıq”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstanda 2500 əsgəri və 18 minə yaxın müqaviləli şəxsi heyəti, NATO-nun isə 7500-ə yaxın əsgəri var.

Eminquey