adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2024 23:40
1321
AVTOMABİL

Atmosferi qoruyaq...  

Mayın 1-dən 31-nə kimi respublika ərazisində " Təmiz hava" aylığı keçiriləcək

Hər il iki dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində  " Təmiz hava" aylığı keçirir. May ayının 1-dən 31- dək  bu tədbirlər start götürəcək.

Onu görə də fiziki, hüquqi və  vəzifəli şəxslər " Təmiz hava" aylığında üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. İlk növbədə müəssisə, təşkilat və istehsalat sahələrində ekoloji tələblərə əməl edilməli, atmosferə normadan artıq zərərli qazlar atılmamalıdir.Bununla yanaşı, .sürücülər də  idarə etdikləri nəqliyyat vasitələrini saz saxlamalı, avtomobilləri vaxtında texniki baxısdan keçirməli, mövcud nöqsanları vaxtında aradan qaldırmalıdirlar ki, həmin  maşınlardan havaya normadan artıq zərərli qazlar atılmasın!      

 Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik  şöbəsinin rəisi,  Xalid Əzimov bizimlə söhbətində bildirdi ki, " Təmiz hava" aylıqları başlamazdan  onçə biz fiziki, hüquqi və vəzifəli şəxslərlə, cümlədən sürücülərlə maarifləndirici şöhbətlər aparırıq! Əməkdaşlarımız yerlərdə olur, stasionar postlarda baş çəkir onlarla səmimi söhbətlər edir və  lazımi məsləhətlər verirlər!

Bu da reyd zamanı öz müsbət təsirini  göstərir! Atmosferi normadan artıq zərərli qaz tullayan sürücülər 50 manat məbləğində cərimə olunacaqlar! Ona görə də bir də onların nəzərinə çatdırırıq ki, nəqliyyat vasitələrində mövcud  texniki nöqsanları vaxtında aradan qaldırsınlar və  həmin avtomobillərdən havaya normadan artıq zərərli  qazlar atılmasın!

Emil Faiqoğlu