ABŞ Hörmüzü öz nəzarətinə götürəcək – Tramp
ABŞ böyük ehtimalla, Hörmüz boğazını öz nəzarətinə götürəcək.
Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına telefonla verdiyi müsahibədə deyib.
"Biz boğaza nəzarəti öz üzərimizə götürəcəyik və yəqin ki, onu idarə edəcəyik. Biz Hörmüz boğazının mühafizəçisinə çevriləcəyik. Bəlkə də buna "boğazın qoruyucu mələyi" deyəcəyik və buna görə bizə haqq ödənilməlidir”, – deyə o, Fox News telekanalına telefon müsahibəsində bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Digər Xəbərlər
13 Iyul 2026 18:00
Türkiyəyə F-35 satışı mümkündür
13 Iyul 2026 17:33
Rusiya xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır – Bəqai
13 Iyul 2026 17:26
Britaniya SEPAH-ı terror təşkilatı elan edib
13 Iyul 2026 14:20
Hindistan bundan imtina etdi
13 Iyul 2026 12:32
Türkiyədə FETÖ üzvlərinə qarşı əməliyyat keçirilir - 968 nəfər...
13 Iyul 2026 11:14
İstirahərinizi Türkiyənin dəniz sahillərində olan bu kurortlarda keçirin - FOTOLAR
13 Iyul 2026 09:59
Ərdoğan Qərb liderləri ilə danışıqlar aparır
12 Iyul 2026 19:00


Bakı -°C

