ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi

ABŞ ilə danışıqlar səmərəli ola bilər.
Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, İran və ABŞ arasında xoşməramlılıq və realizm davam edərsə, danışıqlar səmərəli ola bilər.
Əraqçi, həmçinin Omanda keçirilən danışıqların konstruktiv olduğunu qeyd edib.
Tayani də öz növbəsində İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib.
O, həmçinin İtaliyanın bu diplomatik prosesin irəliləməsinə kömək etməyə hazır olduğunu bir daha bəyan edib.
Digər Xəbərlər

Zelenski Rusiyaya atəşkəs üçün yeni format TƏKLİF EDİB

Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək

Ersin Tatar adada keçirilən aksiyalar barədə: “Əsla icazə verməyəcəm”
