ABŞ İranın hərbi obyektlərini vurdu
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə iyulun 18-də Şərq vaxtı ilə saat 23:30-da (Bakı vaxtı ilə iyulun 19-u saat 07:00) İrana qarşı növbəti hava zərbələri həyata keçirib.
Adalet.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Məlumata görə, ardıcıl səkkizinci gecə davam etdirilən əməliyyatlar çərçivəsində İranın hərbi sahil müşahidə və hava hücumundan müdafiə obyektləri, dəniz qüvvələrinə aid imkanlar, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr hədəfə alınıb.
CENTCOM bildirib ki, zərbələrin məqsədi İranın hərbi potensialını zəiflətməkdir.
Qeyd olunub ki, ABŞ qüvvələri iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə qarşı hücumlarda iştirak etdiyi bildirilən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qüvvələrə də zərbələr endirib.


Bakı -°C

