adalet.az header logo
  • Bakı -°C
19 Iyul 2026 17:33
139
DÜNYA
A- A+

Rusiya ordusu Xarkovu vurdu - 4 ölü, 20 yaralı var

Rusiya ordusu Xarkov şəhəri yaxınlığında yerləşən “Novoy Poçtı” poçt terminalına raket zərbəsi endirib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb. 

Məlumata görə, 20 nəfər yaralanıb və yaralılardan üçünün vəziyyəti ağırdır.

Hadisə yerində xilasedicilər və polis axtarış-xilasetmə işlərini davam etdirir.

“Novoy Poçtı” şirkəti bildirib ki, terminal gün ərzində üç dəfə vurulub.

Hücum zamanı şirkətin iki əməkdaşı və tərəfdaş şirkətin bir sürücüsü həlak olub.