Rubio Kubanı 700-dən çox siyasi məhbusu azad etməyə çağırdı
ABŞ dövlət katibi Marko Rubio Kubanı siyasi motivlərlə həbs edildiyi bildirilən 700-dən çox məhbusu dərhal azad etməyə çağırıb.
Rubio bu barədə tanınmış kubalı dissident rəssam Luis Manuel Otero Alkantaranın beş il həbsdə qaldıqdan sonra azadlığa buraxılması ilə bağlı açıqlamasında bildirib.
O, Alkantaranın artıq Kubadan ABŞ-a gəldiyini təsdiqləyərək deyib:
"Rejimin qanunsuz olaraq həbsdə saxladığı 700-dən çox siyasi məhbusun dərhal azad edilməsinə çağırırıq. Beynəlxalq ictimaiyyət Kuba rejiminin insan hüquqlarını pozmasına daha göz yummamalı və bu repressiyalara son qoyulmasını tələb etmək üçün bizə qoşulmalıdır."


Bakı -°C

