ABŞ-nin vitse-prezidenti: Şatdaun uzun çəkməyəcək

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) uzun sürməyəcək.
Adalet.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinqdə deyib.
"Konqresdə demokratların nə edəcəyini proqnozlaşdıra bilmərəm, amma düşünmürəm ki, bu qədər uzunmüddətli şatdaun olsun", – o bildirib.
"Bu, ABŞ vitse-prezidentinin sadəcə fərziyyəsidir, çünki məncə, siz artıq bəzi əlamətləri gördünüz ki, mötədil demokratlar bir az tərəddüd etdilər. Onlar bunun fundamental məntiqsizlik olduğunu anlayırlar", – Vens əlavə edib.
Xatırladaq ki, ABŞ federal hökumətinin fəaliyyəti maliyyələşmənin olmaması səbəbindən oktyabrın 1-i gecə yarısından (Bakı vaxtı ilə 08:00) qismən dayandırılıb. Bu, Konqresdə Respublikaçılar və Demokratlar arasında səhiyyə də daxil olmaqla bir sıra xərclər üzərində razılıq əldə olunmaması nəticəsində baş verib. Tərəflər bir-birini şatdauna səbəb olmaqda və onu siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.
Digər Xəbərlər

Azərbaycan vətəndaşları deportasiya olundu

Tramp bu ölkənin təhlükəsizliyinə qarant oldu

Əcnəbilərin Gürcüstana gəlmə və ölkədə qalma qaydaları sərtləşdi

Ukraynanın Aİ-yə üzv olmasına qarşı çıxdı

Meloni: Geosiyasi böhranlar qarşısında soyuqqanlılıq və məsuliyyət lazımdır

Gürcüstanda müxalifət lideri SAXLANILDI

Əfqanıstanda mobil rabitə və internet bərpa olunub
