"ABŞ onun başına 10 milyon dollar qoymuşdu, biz bunu pulsuz etdik" - Nazir
"ABŞ-də onun (Əli Laricani - red.) başına 10 milyon dollar qoyulmuşdu, biz bunu pulsuz etdik".
Adalet.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın xarici işlər naziri ilə birgə keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi Əli Laricaninin və Bəsic yarımhərbi qüvvələrinin rəhbəri Qulamrza Süleymaninin öldürülməsi İsraili İran hökumətini devirmək məqsədinə yaxınlaşdıra bilər: "Bizim hərəkətlərimiz onun repressiya mexanizmini zəiflədir. Rejimi yalnız İran xalqı devirə bilər, lakin xarici yardım olmadan İran xalqı özünü azad edə bilməz".
O, həmçinin İranın yeni Ali Lideri Müctəba Xameneidən danışıb: "Biz hələ də Müctəbadan heç nə görməmişik. O, gizlənməyə davam edə bilər, amma üzünü göstərməlidir. Bu, artıq rejim üçün utancverici olmağa başlayır".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən həftə İranın yeni Ali Lideri Müctəba Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və digər yüksək vəzifəli şəxslər haqqında məlumat verənə 10 milyon dollar mükafat vəd etmişdi. /Unikal


Bakı -°C

