ABŞ Qeşm adasına zərbə endirdi
ABŞ İranın Qeşm adasına zərbə endirib.
Adalet.az xəbər verir ki, vu barədə “Wall Street Journal” (WSJ) adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirib ki, bu, son həftələr ərzində ölkəyə qarşı həyata keçirilən məhdud zərbələr silsiləsinin növbəti mərhələsidir.
Bu zərbələr ABŞ Prezidenti Donald Trampın sülh sazişi ehtimalından danışdığı və 3 noyabrda keçiriləcək ABŞ aralıq seçkilərinə qədər İrana qarşı heç bir hücumun edilməməsi çağırışını səsləndirdiyi bir vaxtda baş verib.
Məlumata görə, ABŞ artıq bir neçə həftədir ki, İrana qarşı kiçikmiqyaslı zərbələr endirməkdə davam edir. Vaşinqton bu hücumlar barədə əvvəlcədən heç bir açıqlama verməmişdi.
Bundan əvvəl İran mediası Hörmüz boğazında yerləşən Qeşm adasında bir neçə partlayışın baş verdiyini xəbər verib.
Qeyd edək ki, Hörmüz boğazının girişində yerləşən Qeşm adasında böyük bir yeraltı raket bazası və dəniz suyunu şirinləşdirən zavod var. İki ölkə arasında davam edən gərginlik fonunda Tramp dəfələrlə İranın raket və su infrastrukturlarına hücum etməklə hədələmişdi.
Tramp daha əvvəl aralıq seçkilərindən sonra hərbi əməliyyatların yenidən alovlana biləcəyinə işarə etmişdi.
Digər Xəbərlər
03 Noyabr 2026 10:19
Nikol Paşinyan Brüsselə yollandı
03 Noyabr 2026 10:14
15 ildən sonra məzarı açılan Kaşif Kozinoğlunun saçlarında ölümcül maddə çıxdı
03 Noyabr 2026 10:11
Təyyarə qəzasında ölənlər milyonçu və ailəsi olub - Ad günü imiş...
03 Noyabr 2026 09:00


Bakı -°C

