ABŞ səfirliyi: Ermənistandan olan azərbaycanlıların hüquqlarının qorunmasını dəstəkləyirik
Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
Adalet.az xəbər verir ki, bu barədə report-a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib.
"Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir", - diplomatik missiyadan bildirilib.
Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.
Digər Xəbərlər
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00
“Bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır”
19 Mart 2026 12:56
Bayram günlərinin HAVASI
19 Mart 2026 12:54


Bakı -°C

