adalet.az header logo
  • Bakı -°C
18 Sentyabr 2026 16:52
40
DÜNYA
A- A+

Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi

Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Karpat zirvəsində iştirak etmək üçün Ukraynaya planlaşdırılan səfərini son anda təxirə salıb.

Adalet.az  "RBC-Ukraine"yə istinadən xəbər verir ki, səfərin hazırlıqlarının aparıldığı, lakin son mərhələdə ləğv edildiyi bildirilir.

Nəşrin mənbələri Fitsonun Ukraynaya getməkdən imtina etdiyini təsdiqləyib.

"RBC-Ukraine" səfərin baş tutmamasının mümkün səbəbləri arasında Slovakiya Baş nazirinin səhhəti ilə bağlı problemlərin də ola biləcəyini qeyd edib.