Aqil ABBAS: BİZİM ZİYARƏTÇİLƏRİ DƏDƏVƏNGƏ NİYƏ BURAXMIRLAR?
Antiterror əməliyyatına qədər Rusiya sülənənməramlıları sürü-sürü ermənini maşınlara yığıb Kəlbəcərdəki Dədəvəng məbədinə ziyarətə gətirirdilər. Bəlkə əvvəllər heç erməninin ağlına gəlmirdi o məbədi ziyarət etsin. Çünki erməni də çox gözəl bilirdi ki, o Alban məbədidir.
Nə isə, sözüm onda yox. Amma indi neçə ildi bizim ziyarətçiləri bu məbədə yaxın buraxmırlar. Heç uzaqdan baxmağa, şəklini çəkməyə də qoymurlar. Beləliklə, Kəlbəcərə gedən turistlərin bu arzusunu gözündə qoyurlar.
Niyəsini mən bilmirəm, bilən varsa söyləsinlər, biz də bilək. Və bir də Kəlbəcərə gedəndə bu arzuda olmayaq.


Bakı -°C

