adalet.az header logo
  • Bakı -°C
17 Sentyabr 2026 21:00
45
DÜNYA
A- A+

Rusiyada keçmiş nazir həbs edildi

Moskvanın Meşşanski Rayon Məhkəməsi Rusiyanın keçmiş rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu xüsusilə külli miqdarda dələduzluqda ittiham edilərək qiyabi həbs edib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, Nikiforova Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluqla bağlı 159-cu maddəsinin 4-cü hissəsi üzrə ittiham irəli sürülüb və o, beynəlxalq axtarışa verilib.

Rusiya KİV-inin məlumatına görə, 2018-ci ildən Birləşmiş Ərəb Əmirliklərində yaşayan keçmiş nazir maliyyə piramidası “Finiko”nun yaradıcılarından biri hesab olunur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Finiko” 2018-ci ilin yanvarından 2021-ci ilin iyulunadək Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərib və vətəndaşlara kriptovalyuta və fond birjalarına yatırımlar müqabilində yüksək gəlir vəd edib.

Nazirlik bildirir ki, piramidanın fəaliyyəti nəticəsində zərərçəkənlərin sayı Rusiyanın əksər regionlarını və 100-dən çox xarici ölkəni əhatə edib, oğurlanan vəsaitin ümumi məbləği isə 5 milyard rubldan çox olub. Nikiforov 2012-ci ilin mayından 2018-ci ilin mayınadək Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri vəzifəsində çalışıb.