adalet.az header logo
  • Bakı -°C
17 Sentyabr 2026 17:11
39
DÜNYA
A- A+

Ərdoğanla Tramp görüşəcək

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar Nyu-Yorkda baş tutacaq.

Liderlərin görüşü BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilə bilər.

Qeyd edək ki, sözügedən sessiya sentyabrın 8-dən 28-dək davam edəcək.