Xocavənddə yeni tarixi abidə AŞKARLANDI
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində tarixi və memarlıq əhəmiyyəti daşıya biləcək tikili aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma zamanı qeydə alınıb.
Obyektin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında müvafiq Ekspert Şurasının iclasında baxılacaq.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma zamanı əvvəllər uçota alınmamış 256 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə sənədləşdirilib.
Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Qalan 212 abidənin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.
Digər Xəbərlər
07 Oktyabr 2026 14:29
Kimya üzrə Nobel mükafatı laureatları məlum oldu
06 Oktyabr 2026 15:19
Sea Breeze ərazisində ilk CineMastercard açılacaq
06 Oktyabr 2026 14:28
"44" bədii filminin daha bir tizeri yayımlanıb - VİDEO
06 Oktyabr 2026 11:36
"Şahənşah"-da Ədəbi Məclis
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20


Bakı -°C

