"ABŞ və İsrail ilə münaqişə hələ bitməyib" - İran XİN
"İranın ABŞ və İsrail ilə münaqişəsi hələ bitməyib, İran bütün istiqamətlərdə müdafiə mövqeyi tutmağa davam edir".
Adalet.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
Diplomat bildirib ki, müharibənin bitdiyini demək çətindir: "Müharibə bütün cəbhələrdə bitənə qədər sülhə zəmanət verilə bilməz. Və buna görə də, düşünürəm ki, İran milli təhlükəsizliyini riskə ata bilməz. İran yüksək hazırlıq vəziyyətində qalmağa və müxtəlif cəbhələrdə müdafiə mövqeyi tutmağa davam edəcək".
O qeyd edib ki, İranın məqsədi ABŞ-nin İran daxilindəki hər hansı bir məqsədinə çatmasının qarşısını almaqla təcavüzkarı məğlub etməkdir.


Bakı -°C

