adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 15:55
64
DÜNYA
A- A+

Londonda sinaqoq qarşısında hücum - yaralılar var

İngiltərənin paytaxtı Londonun şimalında yəhudilərin kompakt yaşadığı rayonda iki nəfərə soyuq silahla hücum olub.

Adalet.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, insident Qolderss-Qrin rayonunda sinaqoqun qarşısında baş verib.

Hücumu həyata keçirən şəxs təslim olmadığından polis ona qarşı elektroşoklu tapançalardan istifadə edib və onu həbs edib. Digər təfərrüatlar açıqlanmır. Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.