ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
İsrailin Eylat şəhərindən çıxdıqdan sonra ABŞ-nin raketli eskadrilyası "USS Delbert D. Black" və İsrailin "Sa`ar 5" sinifli "INS Eilat" korveti Qırmızı dənizdə planlı təlimlər keçirib.
Adalet.az xəbər verir ki, bu barədə "The Times of Israel" ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına (NAVCENT) istinadən məlumat yayıb.
İsrailin Müdafiə Ordusu bildirib ki, təlimlər İsrail Hərbi Dəniz Qüvvələri ilə ABŞ-nin 5-ci donanması arasında Qırmızı dənizdə davam edən əməkdaşlıq çərçivəsində baş tutub.
Qeyd olunub ki, eskadrilyanın Eylata gəlişi ABŞ Prezidenti Donald Trampın İranda etirazların sərt şəkildə yatırılması ilə bağlı ölkəyə hücum etmək təhdidləri, həmçinin İranın İsrailə və ABŞ-yə cavab zərbəsi endirmək təhdidləri ilə əlaqədar regional gərginlik fonunda baş verib.
Lakin İsrail hərbçilərinin məlumatına görə, eskadrilyanın gəlişi iki ölkənin strateji əməkdaşlığı çərçivəsində planlaşdırılmış, adi bir hadisədir.
Digər Xəbərlər
02 Fevral 2026 21:00
Ərdoğan: Türkiyə regionda sülh və sabitlik üçün çalışır
02 Fevral 2026 20:30
NATO-nun Baş katibi sabah Ukraynanın Ali Radasında çıxış edəcək
02 Fevral 2026 20:00
Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski
02 Fevral 2026 19:21


Bakı -°C

