adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 19:21
101
DÜNYA
A- A+

“Zənginləşdirilmiş uranı heç bir ölkəyə ötürməmişik”

İran zənginləşdirilmiş uran ehtiyatlarının hər hansı bir ölkəyə, o cümlədən Türkiyəyə ötürülməsi barədə yayılan iddiaları təkzib edib.

Adalet.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri IRNA-ya açıqlamasında bu cür məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

O qeyd edib ki, rəsmi Tehranın zənginləşdirilmiş nüvə materiallarını ölkə xaricinə çıxarmaq kimi bir niyyəti yoxdur. Baqeri həmçinin sözügedən məsələ ilə bağlı Birləşmiş Ştatlarla hər hansı danışıqların aparılmadığını da vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl bəzi xarici KİV-lərdə Türkiyənin Vaşinqton və Tehran arasında gərginliyi azaltmaq məqsədilə İrana məxsus 440 kiloqramlıq (60% zənginləşdirilmiş) uran ehtiyatını öz ərazisində saxlamağı təklif etdiyi barədə xəbərlər yayılmışdı. İddialara görə, Ankara bu addımla tərəflər arasında hərbi münaqişənin qarşısını almaq üçün etimad mühiti yaratmağa çalışıb. Lakin İran tərəfi bu ssenarini qəti şəkildə rədd edərək uran ehtiyatlarının ölkənin suveren hüququ olduğunu bildirib.