ABŞ və Yaponiyadan sonra Yeni Zelandiya da Kadırova qarşı: SANKSİYA
Çeçenistan rəhbəri Ramzan Kadırov ötən ayın əvvəlində məlumat verdi ki, Çeçenistan 9 min döyüşçünü Ukrayna ərazisinə göndərməyə hazırdır: “Hazırda Çeçenistanda 9000 yaxşı təlim keçmiş döyüşçü Ukraynaya göndərilməyə hazırdır. Daha 10 min əsgər ehtiyatdadır və vaxtını gözləyir. Onlar Ukraynada faşistlər tam məğlubiyyətə uğrayana qədər istənilən işi görməyə qadirdir”, - Kadırov bildirdi.
Ümumiyyətlə Kadırov Ukraynaya qarşı olan bir çox hərəkətlərinə görə dünyanın diqqətini özünə çəkdi.
Adalet.az Teleqram kanallarına istinadən xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta Kadırovla bağlı ölkəsinin qərarını açıqlayıb.O, bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar Yeni Zelandiya 19 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edilib: "Ukrayna açıq şəkildə bildirir ki, bu münaqişədə onlara ən mühüm köməyimiz sanksiyaları davam etdirməklə ola bilər. Odur ki,sanksiya siyahısına qeyd etdiyimiz adların içərisində Çeçenistan lideri Ramzan Kadırovun da adının yazılmasını məsləhət bildik".
Qeyd edək ki, ABŞ, Yaponiya Çeçenistan lideri Ramzan Kadırova sanksiyalar tətbiq edib.
P.S. Kadırov bu gün elan edib ki, Cənub-Axmat batalyonunun şəxsi heyətinin bir hissəsi Çeçenistandan Donbasdakı “xüsusi əməliyyat” zonasına yola düşüblər.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12
"İnsanlar yolu tək deyil, 8-10 nəfər toplaşdıqdan sonra keçsinlər" - Deputat
13 Mart 2026 16:46
MN-dən Türkiyəyə atılan raketlə bağlı açıqlama
13 Mart 2026 14:34
Naxçıvanda əhalinin sayı artıb
13 Mart 2026 12:51


Bakı -°C

