ABŞ Zəngəzur dəhlizi üçün 145 MİLYON DOLLAR AYIRACAQ
ABŞ Ermənistana 145 milyon dollarlıq maliyyə dəstəyi ayıracaq.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brenden Xanrahan məlumat verib.
Vəsait “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində ilk investisiyadır.
Bildirilir ki, Xanrahan Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə regiondakı vəziyyəti, kommunikasiyaların açılması imkanlarını və layihənin əhəmiyyətini müzakirə edib.
ABŞ rəsmisi qeyd edib ki, ayrılan vəsait ticarətə investisiya, infrastrukturun inkişafı, strateji əhəmiyyətli mineralların təchizat zəncirlərinin gücləndirilməsi və sərhəd təhlükəsizliyinin təmininə yönəldiləcək.
Xatırladaq ki, “Tramp Marşrutu” ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə 8 avqustda imzalanmış sazişlərin icrasını dəstəkləyən proqramlardan biridir və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin genişləndirilməsini hədəfləyir.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26


Bakı -°C

