AÇ-2024-ü idarə edəcək hakimlərin yekun siyahısı açıqlandı
Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək əsas hakimlərin yekun siyahısı müəyyənləşib.
Adalet.az xəbər verir ki, UEFA-nın açıqladığı siyahıda 18 ədalət təmsilçisi yer alıb.
Onların arasında türkiyəli FIFA referisi Halil Umut Meler də var.
Beləliklə, AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bunlardır: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).
Qeyd edək ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Digər Xəbərlər
15 Sentyabr 2026 18:04
"Karvan-Yevlax" hücumçu transfer etdi
15 Sentyabr 2026 17:02
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
15 Sentyabr 2026 09:00
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
14 Sentyabr 2026 17:40
"Neftçi"də yeni müqavilə
14 Sentyabr 2026 17:30
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14 Sentyabr 2026 16:54
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
14 Sentyabr 2026 09:25
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
14 Sentyabr 2026 09:16


Bakı -°C

