adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 17:02
44
İDMAN
A- A+

Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”

Braziliya futbolunun əfsanəsi Roberto Karlos türkiyəli futbolçu Arda Gülerlə bağlı diqqətçəkən açıqlama verib.

Adalet.az xəbər verir ki, əfsanəvi futbolçunun sözlərinə görə, "Real Madrid"in ulduzu Ardanın ehtiyatda qalması müzakirə mövzusudur. O, Ardanın meydana daxil olduqdan sonra komandanın oyun ritmini dəyişdirdiyini bildirib.

Karlos qeyd edib ki, Joze Mourinyo komandanı fərdi ulduzların oyununa uyğunlaşdırmağa çalışmaq əvəzinə, meydanda oyunu dəyişən futbolçunun ətrafında sistem qurmalıdır.

"Mourinyo niyə Arda Güleri daim ehtiyatda saxlayır? Çünki o, "Real Madrid"in ulduzlarını öz sisteminə uyğunlaşdırmağa çalışır. Halbuki komandanı həqiqətən oynadan futbolçunun ətrafında sistem qurmalıdır. Arda hər meydana çıxanda demək olar ki, oyunun ritmini dəyişir. Mourinyo müəyyən məqamda bunu təsadüf kimi görməkdən əl çəkməlidir", - deyə Roberto Karlos bildirib.

Onun bu fikirləri futbol ictimaiyyətində geniş müzakirə olunub.