LDU-da yeni tədris ilinə start verildi
Lənkəran Dövlət Universitetində (LDU) yeni-2026-2027-ci tədris ilinin başlanması münasibətilə bütün tədris korpuslarında tədbirlər keçirilib. 2 saylı tədris korpusunda keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb. Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
LDU-nun rektoru, professor Natiq İbrahimov universitetin professor-müəllim-tələbə heyətini, I tədris ili tələbələrini, valideynləri yeni tədris ilinin başlanması və Bilik Günü münasibəti ilə təbrik edərək xoş arzularını bildirib. Universitetin rektoru I tədris ili tələbələrinə seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, universitetdə lazımi qayğı ilə əhatə olunacaqlarını deyib.
Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən söz açarkən universitetdə tələbə yataqxanalarının olmasını, modern tədris laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, ixtisaslaşmış elmi kadrların hazırlanmasını bu ali təhsil ocağının inkişafında mühüm istiqamət kimi dəyərləndirib. Prof. Natiq İbrahimov oğlanlar üçün 250 yerlik, qızlar üçün 160 yerlik tələbə yataqxanalarında hər cür şəraitin yaradıldığını valideyn və tələbələrin diqqətinə çatdırıb. Rektor bütün tələbə və müəllimlərə yeni tədris ilində uğurlar arzu edib.
LDU-ya yüksək balla daxil olmuş tələbələrin bir qrupu hədiyyələrlə mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Qazaxıstan Respublikasının Atırau Dövlət Universitetinin təhsillərini bu il LDU-da davam etdirəcək tələbələri də olub.
Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ofelya Məhərrəmova, valideyn Vüsalə İbrahimova çıxış edərək yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə tələbə və müəllimləri təbrik ediblər.
Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə söhbətləşib, arzu və təkliflərini dinləyib.
Digər Xəbərlər
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - VİDEO
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55
Firudin Qurbanov: Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir
15 Sentyabr 2026 08:52


Bakı -°C

