adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 15:49
46
GÜNDƏM
A- A+

Kobud qayda pozuntularına qarşı mübarizə...

 Heç kimə sirr deyil ki, şəhərlərdə  və respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyini bir qayda olaraq yol polisi təmin  edir. El arasında belə bir deyim də var:" Yol polisi olmasa, sürücülər bir- birinə qənim kəsilər". Bu deyimdə böyük həqiqət var.

Çünku harda yol polisi və  radar yoxdursa , həmin yerlərdə bir qayda olaraq sürücülər yol hərəkəti qaydalarını kobud surətdə pozurlar. Ona görə də bu anlarda bir çox halda ağır qəzalar qaçılmaz olur! Bunu heç kim bilməsə də , sürücülər daha  yaxşı bilirlər. Respublikanın avtomobil yollarında isə belə qanun pozuntusuna tez- tez rast gəlmək mümkündür. Bir mənalı olaraq deyə bilərik ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının tağımlarında bütün qayda pozuntularına, o  cümlədən kobud qayda pozuntularına qarşı cıddi mübarizə aparılır  qabaqlayıcı profilaktik tədbirlər görülür.

Belə ki, stasionar postlarda  sürücülər  saxlanılır, onlarla maarifləndirici söhbətlər aparılır, spirtli içkilər qəbul etməməyi , sükan arxasında yorğun olduqda əyləşməməyi tövsiyə edirlər. Yol polisi əməkdaşlarının  sürücülər arasında belə səmimi və maarifləndirici  söhbətlər aparması onların təhlükəsizliyinə xidmət edir , baş verə biləcək yol-nəqliyyat hadisələrinin,eləcə də ölümlə nəticələnən faktların qarşısının alınmasında əsaslı əhəmiyyət kəsb edir. Bütün bunlara görə yol polisinə hərəkət iştirakçıları həmişə minnətdarlıq edirlər.

Amma Yol Patrul Xidməti Alayının elə tağımları da var ki, orda  sürücülərlə, hərəkət iştirakçıları ilə  maarifləndirici söhbətlər günün tələbləri səviyyəsində təşkil edilmir,  yol -nəqliyyat  hadisələri baş verməməişdən öncə qabaqlayıcı tədbirlər həyata keçirilmir!.Bu isə son nəticədə qayda pozuntusuna qəzaların artamasına gətirib çıxarır. Bir neçə tağım komandiri  tapşırılmış işi yüksək səviyyədə yerinə yetirmir və onların xidmət etdiyi avtomobil yolunda ağır qəzalar  baş verir. Belə ki , Alayın  1-ci, 3-cü, 6-cı, 12- ci tağımlarında    hərəkətin  təhlükəsizliyinin təşkilində  nöqsanlara yol verilir .

Sərxoş sürücülərə  və  sərisindaşınmaya qarşı mübarizə  günün tələbləri səviyyəsində deyil! Xüsusilə də sərxoş sürücülərlə mübarizə zəifdir. Hər halda ,  bu nöqanlara baxmayaraq,  əksər tağımlarda  hərəkətin təhlükəsizliyi yüksək səviyyədə təşkil edilir,   yol- nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bütün bunlar onu göstərir ki, öz işinə vicdanla, məsuliyyətlə yanaşan yol polisləri çoxdur! Amma hərəkətin təhlükəsizliyində sürücülərn də üzərinə böyük məsuliyyət düşür. Gərək onlar da bu məsuliyyəti heç vaxt unutmasınlar!!!

Emil FAİQOĞLU