Adam bu qədər sağ qalar?

Frane Selak 1929-cu ildə Xorvatiyada doğulub. Frane dünyanın ən şənslı və eyni zamanda, dünyanın ən şanssız adamı hesab edilir.
Frane Selakın başın gələnlər:
1962-ci il. Mindiyi qatar relsdən çıxaraq çaya düşür. Çayın soyuq sularında 17 sərnişin boğularaq ölür. Qəza nəticəsində qolu qırılır və hipotermiya keçirir. Onu isə bir nəfər xilas edir. Nəticədə sağ qalır.
1963-cü il. Mindiyi təyyarədə nasazlıq baş verir. Təyyarə qəzasında 19 nəfər həyatını itirir. Qəzadan əvvəl o, təyyarədən tullanır və samanlığa düşərək sağ qalır.
1966-cı il. Mindiyi avtobus yoldan çıxaraq çaya düşür. 4 nəfər boğularaq ölür. O, bir neçə cızıq-kəsik və əziklərlə xilas olur.
1970-ci il. Mindiyi öz avtomobili alışaraq yanır. Avtomobilindən düşüb uzaqlaşa bilir və bir neçə saniyə sonra avtomobili partlayır.
1973-cü il. Mindiyi avtomobilində növbəti dəfə yanğın çıxır. O, bu qəzada sadəcə saçlarını itirir (yanır).
1995-ci il. Yolda onu avtobus vurur, amma o, qəzadan yüngül xəsarətlərlə sağ qurtulur.
2002-ci il. Frane Selak lotoreyadan 1 300 000 $ pul udur.
Frane Selak 5 dəfə evlənib. Hazırda 92 yaşı var və yaşayır. 2010-cu ildə lotoreyadan qazandığı pullardan qalan miqdarı dostlarına və qohumlarına paylamağa qərar verib və belə də edib.
Eminquey
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
