adalet.az header logo
  • Bakı -°C
03 Oktyabr 2026 17:00
254
HADİSƏ
A- A+

Bakı metrosunda kişi öldü

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.

Adalet.az xəbər verir ki, günorta saatlarında stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib.

Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin sərnişinin həyatını xilas etmək mümkün olmayıb.