01 May 2024 16:09
1123
SİYASƏT

Adibekyan:" Qoşunlarımız Göyçəni tərk edir,  Göyçə gölü bölünür, Çəmbərək və Cil..."

"Geqarkunik (Göyçə) rayonu minalardan təmizlənir və boşaldılır, qoşunlarımız Çəmbərəkdən və Cildən çəkilməyə başlayıb". 

Adalet.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə ekspert  Armine Adibekyan mediaya açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan qoşunları sözügedən ərazilərdən çıxarılır:

"Qoşunlarımız Çəmbərəkdən (Göyçə mahalının Qırmızıkənd qəsəbəsi)  və Cildən (Cil kəndi Göyçənin ən qədim yaşayış məskənlərindən biridir-red Ə.R) çəkilməyə başlayıb. Onlar çox vacib mövqelərdir, Tavuşun mövqeləri qədər mühümdür, artıq Vardenis (Basarkeçər) bölgəsində kəndlər boşaldılır, yəni əhali öz evlərini tərk etməyə məcbur edilir. İnsanlara nə vəd veriblər, bilmirəm, amma hələ də bu haqda danışmırlar. Hər halda, Azərbaycanın planına görə, onlar Kəlbəcərdən Göyçəyə girəcəklər, Sevan gölünü (Göyçə gölünü) böləcəklər, oradan Vayka (Paşalı) girəcəklər, sonra Ermənistanı Zəngəzurdan uzaqlaşdıracaqlar".

 Ekspert iddia edib ki, bir neçə ay əvvəl Vardenisdən dövlət qurumları evakuasiya edilmişdi.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir. Göyçə mahalı "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir.

Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur.  Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şorca kimi məşhur və böyük kəndləri var idi.

 Əntiqə Rəşid