Adil Kərimli Nəriman Həsənzadəni evində ziyarət edib - FOTOLAR
Fevralın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Adalet.az xəbər verir ki, nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev şairin ədəbiyyatımıza töhfələrini yüksək qiymətləndirib. Prezident İlham Əliyev də onun ədəbiyyat və mədəniyyətimizin inkişafı sahəsində mühüm xidmətlərini daim diqqət mərkəzində saxlayıb. Ötən gün şairin Azərbaycanın ən ali təltifi - "Heydər Əliyev" ordeninə layiq görülməsini, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbrik məktubu ünvanlamasının bu qayğının bariz nümunəsi olduğunu bildirib.
Adil Kərimli şairə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib.
Nəriman Həsənzadə müalicəsinə göstərilən diqqət və dəstəyə görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Xalq şairi Ulu Öndər Heydər Əliyevin adını daşıyan təltifə layiq görülməsindən qürur hissi keçirdiyini deyib. Yazıçılar Birliyinin nümayəndələri də şairə xoş arzularını çatdırıblar.
Digər Xəbərlər
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24
Gülməli deyil! - Tərlanə Yaqubqızı yazır
01 Aprel 2026 13:26


Bakı -°C

