Adilə Nəzər: Xocalı
Xocalı yaddaşlara qanla yazılmış,
xoş günlərinə məzar qazılmış.
Xocalı deyəndə bir oğul yada düşür
ayağı qopmuş.
Bir ana yada düşür,
ölərkən üzünə heyrətlər hopmuş.
Bir qız yada düşür,
oğurlanmış xəyalları...
Qayadan atmış özünü.
Tarix, əlbət, deyəcəkdir sözünü.
Xocalı - soyqırımın növbəti məkanı,
əsgərlərin döyüş ruhunun
şəhid ruhuna çevrildiyi yer.
Əsgərləri döyüşdülər Vətən üçün,
“Vətəni sevmək imandandır, ” – dedilər.
Döyüşdülər
sakit bir dünya üçün.
Xocalı! Son günün - əsir günün,
son gecən - yesir gecən.
O gün - kirli beyinlərin qana susadığı an,
Vicdanların pas tutduğu,
insanlığın öldüyü zaman.
Bu bir facıədi, bizi Yaradan!
Çıxarmı şüurdan, çıxarmı yaddan?
Cəsədlər içində ana yatırdı,
bala süd əmirdi ölü anadan.
Ağladı torpaq da, səma da,
gözlərdəki yaş dondu havada.
Xocali da ağladı,
ağladı için-için,
ağladı aram-aram.
Xocalıda o gecə yazıldı neçə dram.
Ağladıqca Qarabağ,
agladıqca bədən, can,
ağladı Azərbaycan.
Əzablar bir faciə,
işgəncələr dözülməz,
soyqırım bir dəhşətdi.
Xocalının o günü
dünya bilsin, vəhşətdi.
Digər Xəbərlər
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20
"Boğaza yığılmışıq" - Anardan SƏRT AÇIQLAMA: AYB-dən çıxarılacaqlar
13 Yanvar 2026 11:15
Azərbaycan 49 adda dini ədəbiyyatı qadağan etdi
12 Yanvar 2026 15:45


Bakı -°C

