ADU “Edward Elgar Publishing” elmi məlumat bazasından istifadə edəcək
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi növbəti tammətnli kitab və jurnal bazasını oxucularının istifadəsinə təqdim edib.
Adalet.az xəbər verir ki, "Edward Elgar Publishing" bazası innovasiya və texnologiya, biznes və menecment, iqtisadiyyat və maliyyə, həmçinin sosial elmlər sahəsində 7000 adda akademik kitab nəşr edən ən böyük müstəqil nəşriyyatlardan biridir.
"Edward Elgar Publishing" həmçinin 10.000-dən çox başlıqdan ibarət, redaksiya heyətinin nəzarətindən keçmiş nüfuzlu və keyfiyyətli jurnal portfoliosuna sahibdir.
Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi bu akademik bazaya abunəliyi Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumu ilə olan əməkdaşlığı çərçivəsində əldə edib.
Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin bu əməkdaşlığı çərçivəsində 1303 adda elektron kitab, eyni zamanda təhsil, idarəetmə, liderlik, iqtisadiyyat, hüquq və s. sahələr üzrə 17jurnala abunəliyi artıq istifadəyə verilib. Bazadan istifadə ödənişli olmasına baxmayaraq, aparılmış danışıqlar əsasında 2 il (2023-2025) müddətinə ödənişsiz istifadə oluna biləcək.
Bazadan universitet daxilində ADU-nun internet şəbəkəsinə qoşulmuş bütün üzvləri istifadəçi adı və parol tələb olunmadan sərbəst istifadə edə bilərlər.
Bazanın linki: https://www.elgaronline.com/browse?access=user
Bazanın istifadəsi ilə bağlı sualları [email protected] elektron ünvanına göndərmək olar.
Digər Xəbərlər
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - VİDEO
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55


Bakı -°C

