28 Avqust 2024 13:35
426
İDMAN

AFFA "Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalandırdı

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

Adalet.az xəbər verir ki, buna mütəxəssisin "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Premyer Liqanın IV tur matçında rəqibi təhqir etməsi səbəb olub.

Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçına təmsilçisi bu hərəkətə görə 4000 manat cərimələnib.

Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.

Bundan əlavə, "Araz-Naxçıvan" dörd futbolçusu sarı vərəqə aldığı üçün də 700 manat ziyana düşüb. "Neftçi" də altı üzvü sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.