31 Avqust 2024 17:23
141
DÜNYA

Türkiyədə iki həftə əvvəl yoxa çıxan rusiyalı qadının meyiti tapıldı

Türkiyənin Muğla vilayətində avqustun 17-də yoxa çıxan Rusiya vətəndaşı Natalya Somovanın meyiti avqustun 31-i səhər saatlarında meşəlik ərazidə tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə Marmaris şəhərinin prefekti Nurullah Kaya məlumat verib.

"Təəssüf ki, bölmələrimiz bu səhər qonağımızı ölü tapdı" deyə o bildirib.

Nurullaha Kaya əlavə edib ki, rus qadının sınmış telefonu ilk dəfə meşəlik ərazidə aşkarlanıb. Axtarışlardan sonra Somovanın meyiti tapılıb. 

Ölüm səbəbi aparılan müayinədən sonra müəyyənləşəcək.